Bank Of Baku

«Net Money» Bakıda elektrik enerjisi borclarını internet vasitəsilə ödəmə xidmətini istifadəyə verib

«Net Money» Bakıda elektrik enerjisi borclarını internet vasitəsilə ödəmə xidmətini istifadəyə verib
# 23 sentyabr 2011 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «Net Money» universal ödəniş sistemi «Bakıelektrikşəbəkə» ASC-nin abunəçiləri üçün elektrik enerjisi üzrə yaranan borcları internet vasitəsilə ödəmə xidmətini istifadəyə verib.

«Net Money» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, elektrik enerjisi üzrə yaranan borcu internet vasitəsilə ödəmək üçün «Net Money»nin kartları əldə olunmalıdır: «Sözügedən kartlar 2, 5, 10 və 20 manat nominal dəyərindədir ki, əgər abunəçinin elektrik enerjisinə olan borcu 15 manat təşkil edirsə, o, 20 manat nominal dəyərində kartı əldə etməli, internet vasitəsilə borcu ödəməlidir. Bununla belə, yerdə qalan 5 manat abunəçinin elektrik enerjisi üçün əvvəlcədən ödəmiş depozit hesabına yatırılır. «Net Money»nin kartlarını şəhərin bir çox yerlərində əldə etmək mümkündür».

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə 50 manat nominal dəyərində kartların satışa çıxarılması məsələsi də gündəmdədir.

Qeyd edək ki, sözügedən kartla həmçinin internet-provayder xidmətlərindən istifadəyə görə də ödəniş etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR