Bank Of Baku

Azərbaycanda poçtla göndərilən teleqram, dövrü mətbuat, pul baratları azalıb

Azərbaycanda poçtla göndərilən teleqram, dövrü mətbuat, pul baratları azalıb
# 23 sentyabr 2011 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 10 il ərzində Azərbaycanda poçt vasitəsilə göndərilən qəzet və jurnalların sayı 4 dəfə azalıb, bağlamaların sayı isə 16,9 dəfə artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi «Azərbaycanda telekommunikasiya və poçt» adlı hesabatında bildirilir.

Hesabata əsasən, əgər 2000-ci ildə poçt vasitəsilə 20,7 mln. ədəd qəzet və jurnal göndərilibsə, 2010-cu ildə bu göstərici cəmi 5,3 mln. olub. Bu da onu göstərir ki, insanların əksəriyyəti məlumat mənbəyi əsasən internetə üstündük verir. Eyni zamanda, son 10 il ərzində teleqram göndərişləri iki dəfə azalaraq 200 min ədədə düşüb.

Bundan başqa, əgər 2000-ci ildə Azərbaycanda poçt vasitəsilə cəmi 9,6 mln. ədəd bağlama göndərilibsə, 2010-cu ildə bu göstərici 16,9 dəfə artaraq 162 mln. ədəd çatıb. Hesabat dövründə poçtla məktubların göndərişləri 45% artaraq 7,1 mln. ədəd təşkil edib.

Bununla yanaşı, poçtla pul baratları və pensiya ödənişləri 7,6 dəfə azalıb. Əgər 2000-ci ildə bu göstərici 9,1 mln. ödəmə təşkil edirdisə, 2010-cu ildə 1,2 mln. ödəməyə düşüb. Bu da, Azərbaycanda pensiyaların plastik kartlar vasitəsilə alınması və pul baratlarının pulköçürmə sistemləri ilə həyata keçirilməsi ilə izah olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR