Bank Of Baku

Azərbaycanda CSI indikatoru kəskin azalıb

Azərbaycanda CSI indikatoru kəskin azalıb
# 24 sentyabr 2011 09:31 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin iyul ayında indikator 92,3%, iyunda 90,3%, mayda 195,8%, apreldə 39%, martda 129,6%, fevralda 193,5%, yanvarda 37,5%, ötən ilin dekabr ayında isə 102,4%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Beləliklə, avqustda mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 1,9 dəfə azalıb:




Qeyd edək ki, mənzil tikintisi xərclərinin mütləq göstəriciləri və onların dinamikasını əks etdirən CSI indikatoru əsas makroiqtisadi göstəricilərdən biridir və tikinti və onunla bağlı olan sahələrdə cari vəziyyəti əks etdirməklə yanaşı, ümumilikdə, əhalinin alıcılıq qabiliyyətini göstərir.
İndeksin azalması və onun 100%-dən aşağı düşməsi mənfi göstəricidir, çünki mənzil tikintisinə qoyulan sərmayənin azalmasından xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR