Bank Of Baku

Azərbaycanda «e-imza»ların verilməsinə başlanılıb

Azərbaycanda «e-imza»ların verilməsinə başlanılıb
# 24 sentyabr 2011 12:35 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bunun üçün lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri görülüb.

Vətəndaşlara yüksək səviyyədə və operativ olaraq xidmət işini yerinə yetirmək məqsədi ilə MHM tərəfindən «Azərpoçt» MMC-nin mütəxəssislərinə davamlı olaraq treninqlər keçirilir.

Qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş «Elektron imza və elektron sənəd haqqında» qanuna uyğun olaraq şəxsiyyət vəsiqəsi, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, «e-imza» sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət Reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim etməlidir. Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır. ərizəyə daxil edilən şəxsi məlumatlar İAMAS (Daxili İşlər Nazirliyinin bazası) ilə yoxlandıqdan və Mərkəz səlahiyyətlisi tərəfindən təsdiq edildikdən sonra məhsulun emalı prosesinə başlanılır.

Tam məhsul paketləri (vətəndaşa aid olan smart kart, pin kod zərfi, kağız daşıyıcıda olan 2 nüsxə sertifikat, 2 nüsxə müqavilə) hazır olduqda dəstlənərək müvafiq Qeydiyyat Mərkəzlərinə çatdırılır və vətəndaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilir.

Bundan başqa, ölkə vətəndaşlarının «e-imza»dan istifadəsini asanlaşdırmaq məqsədilə www.e-imza.az saytı da istifadəyə verilib. Bu sayt istifadəçilərə imza sahiblərinin fərdi məlumatları əsasında axtarış aparmağa, sertifikatlarının detallarına baxmağa, sertifikatları yoxlamağa, sertifikat hadisələrinin tarixçəsinə baxmağa, «e-imzalayıcı» proqramını yükləməyə və eyni zamanda «e-imza» ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı verir.

Qeyd edək ki, regionlarda da Qeydiyyat Mərkəzlərinin təşkili istiqamətində işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR