Bank Of Baku

Sumqayıtda genişzolaqlı internetin inkişafı istiqamətində növbəti addım atılıb

Sumqayıtda genişzolaqlı internetin inkişafı istiqamətində növbəti addım atılıb
# 26 sentyabr 2011 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Genişzolaqlı internetin inkişafı istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Sumqayıt şəhərində EATS-653-də 224, EATS-656-da 128, EATS-658-də və 64 port Bağlar massivində montaj olunaraq istifadəyə verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıtda həmçinin əlillərin telefon və genişzolaqlı internet xidmətlərindən yüksək səviyyədə istifadə etməsi üçün 18-ci mikrorayon ərazisində əlillər üçün tikilən binaya 16 portluq DSLAM avadanlığı qurulub.

Bundan başqa, EATS-643-ün ərazisində uzaq məsafədə yaşayan abunəçiləri daha sürətli və keyfiyyətli internetlə təmin etmək üçün IAD avadanlığı qurularaq istifadəyə verilib.

Qeyd edək ki, Sumqayıtda elektron ATS-lərin NGN texnologiyası əsasında tamamilə yenidən qurulması abunəçilərə bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR