Bank Of Baku

“Boeing” aviaşirkəti ilk “Arzu layneri”ni sifarişçiyə çatdırıb

“Boeing” aviaşirkəti ilk “Arzu layneri”ni sifarişçiyə çatdırıb
# 26 sentyabr 2011 07:47 (UTC +04:00)
Bakı - APA-Economics. “Boeing” aviaşirkəti “Arzu layneri” (“Dreamliner”) adı ilə tanınan ilk təyyarəni sifarişçiyə çatdırıb. “APA_Economics”in “Reuters”ə istinadən xəbərinə görə, sifarişçi Yaponiyanın “All Nippon Airways” (ANA) aviaşirkətidir.

“Boeing”in vitse-prezidenti Skott Fençer bildirib ki, ANA ilə mülkiyyət hüquqlarının ötürülməsi barədə saziş sentyabrın 25-də imzalanıb. Yaponiyaya ilk “Arzu layneri” sentyabrın 27-də uçacaq, oktyabrın 26-da isə bu təyyarə ilə müntəzəm daxili aviareyslərin yerinə yetirilməsinə başlanacaq.

Qeyd edək ki, “Boeing” şirkəti artıq 821 “Arzu layneri” üçün sifariş alıb. Bu sərnişin təyyarəsi hazırlanmaqda olan A350 təyyarəsinə rəqib sayılır. “Arzu layneri” 210-250 sərnişin daşıma gücünə malik olub, 15 min km məsafəyə birbaşa uça biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR