Bank Of Baku

Mərdəkan çimərliyində iməcilik aksiyası keçirilib

Mərdəkan çimərliyində iməcilik aksiyası keçirilib
# 26 sentyabr 2011 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda BMT-nin elan etdiyi «Beynəlxalq Dəniz Günü» ilə əlaqədar «Xəzər həftəsi» keçirilir.

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 21-27- də hər il bütün dünyada «Biz dünyanı təmizləyirik» həftəsi kimi qeyd edilir. Bu aksiya çərçivəsində sentyabrın 22-dən 28-dək Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Təmiz Şəhər» və “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” tərəfindən «Xəzər həftəsi» keçirilir: “Çimərlik mövsümünün bitməsi ilə əlaqədar Xəzər rayonunda yerləşən Mərdəkan çimərliyində «Şəhəri təmizləyək» şüarı altında iməcilik aksiyası keçirilib. İməciliyin əsas məqsədi, şəhərimizin təmizliyinin qorunması, əhali arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə ictimai dəstək və gəncləri bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir. Gənclərlə yanaşı tədbirə məktəbli yeniyetmələr də qoşulub. Ümumilikdə iməcilikdə 200-ə yaxın gənc və yeniyetmə iştirak edib”.

Aksiya çərçivəsində Xəzər rayonunda yerləşən çimərlik boyu ərazi məişət tullantılarından təmizlənib və toplanmış tullantılar Balaxanı poliqonuna daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR