Bank Of Baku

Ələt qəsəbəsində CDMA baza stansiyası quraşdırılacaq

Ələt qəsəbəsində CDMA baza stansiyası quraşdırılacaq
# 26 sentyabr 2011 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Ələt qəsəbəsində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyası quraşdıracaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakı və ətraf qəsəbələrdə aparılan monitorinq nəticəsində daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı məlum olub.

Hazırda BTRİB tərəfindən Mərdəkanda qurulan baza stansiyasında son tamamlanma işləri aparılır və yaxın vaxtlarda stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, avadanlıqlar Çinin «Huawei» şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutum 20 min nömrəyə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR