Bank Of Baku

Yardımlı rayon rabitəsinin TAE xəttinə birləşdirilməsi başa çatır

Yardımlı rayon rabitəsinin TAE xəttinə birləşdirilməsi başa çatır
# 26 sentyabr 2011 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan «Trans Asia-Europa» (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsinə dair işlərini davam etdirir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, artıq Yardımlı rabitəsinin Masallı istiqamətində TAE xəttinə birləşdirilməsi başa çatmaq üzrədir.

İndiyədək rayon rabitəsi Lerik üzərindən beynəlxalq və şəhərlərarası rabitə xidmətində bağlanırdı ki, bu da özünü o qədər doğrultmurdu. Yeniliyin tətbiqi Yardımlı əhalisini yüksək keyfiyyətli rabitə xidməti ilə təmin etməyə şərait yaradacaq.

Qeyd edək ki, TAE-nin reallaşdırılması üçün 1999-cu ilin oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel (Azərbaycan seqmentinin quru hissəsi) 2001-ci ildə başa çatdırılıb və elə həmin il də Bakı ilə Tiflis arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

Xatırladaq ki, TAE magistralı Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min km-lik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR