Bank Of Baku

«Flydubai» Avropa şəhərlərinə aviareyslərin sayını artırır

«Flydubai» Avropa şəhərlərinə aviareyslərin sayını artırır
# 26 sentyabr 2011 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Dubay-Belqrad marşrutu üzrə birbaşa sərnişin aviareysi açır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Belqrad «Flydubai»ın sürətlə artan şəbəkəsinin 46-cı istiqaməti olacaq: «Keçən həftə Ukraynanın Kiyev, Xarkov, Donetsk şəhərlərinə ilk uçuşlar yerinə yetirilib. Bu həftə isə Rusiyanın Kazan və Ufa şəhərlərinə, noyabr ayının 4-dən isə Gürcüstanın paytaxtı Tbilisiyə hava yolu açılacaq».

Noyabrın 10-da açılacaq Dubay-Belqrad marşrutu üzrə bir aviabiletin minimal qiyməti 220 ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR