Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 40% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 40% artıb
# 26 sentyabr 2011 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın hava nəqliyyatı ilə 926,7 min sərnişin daşınıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

«Ölkənin hava nəqliyyatının fəaliyyətində daha yüksək artım müşahidə olunur. Səkkiz ay ərzində 927 minə yaxın və ya ötən ilin analoji dövrünə nisbətən 38,6% çox sərnişin daşınıb. Yük daşınmasında isə artım 26,8% təşkil edib. Belə ki, hesabat dövrünə sözügedən nəqliyyat vasitəsilə 31,4 min ton yük daşınıb», - deyə Komitədən bildirilib.

Hesabat dövründə daşınmanın 96,9%-i dövlət bölməsinə, 3,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR