Bank Of Baku

Bakı metrosunda sərnişindaşıma 12% azalıb

Bakı metrosunda sərnişindaşıma 12% azalıb
# 27 sentyabr 2011 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı Metropolitenindən 12,1 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edən sərnişinlərin sayı 11,6% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında metrodan 117,2 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 0,7% azdır.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR