Bank Of Baku

Azərbaycan su ehtiyatlarından istifadənin yaxşılaşdırılmasına dair bir sıra layihələr həyata keçirəcək

Azərbaycan su ehtiyatlarından istifadənin yaxşılaşdırılmasına dair bir sıra layihələr həyata keçirəcək
# 27 sentyabr 2011 08:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan və Avropanın daha 19 ölkəsi “Avropa üçün ətraf mühit” proqramı çərçivəsində su ehtiyatlarından istifadənin yaxşılaşdırılmasına dair 75 konkret layihə həyata keçirmək qərarına gəlib.

APA-Economics”in BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, bu barədə qərar ötən həftə Astanada keçirilən nazirlərin “Avropa üçün ətraf mühit” VII konfransı çərçivəsində qəbul edilib.

Bu layihələr Azərbaycandan başqa, Gürcüstan, Moldova, Özbəkistan, Bolqarıstan, Macarıstan, Almaniya və digər ölkələrdə reallaşdırılacaq. Layihələr su və ekosistem, su və sağlamlıq, suya və sanitariyaya çıxış, iqlim dəyişikliklərinə və təbii fəlakətin nəticələrinə uyğunlaşma, su ehtiyatlarının idarə olunması sahəsində transsərhəd əməkdaşlığı, su ehtiyatlarından effektiv istifadə və su təsərrüfatına investisiyalar kimi problemlərin həllinə istiqamətlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR