Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri kaliforniyalı senatoru qəbul edib - FOTO

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri kaliforniyalı senatoru qəbul edib - <font color=red>FOTO</font>
# 27 sentyabr 2011 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ-ın Kaliforniya Senatının Ətraf mühitin keyfiyyəti üzrə Komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, ABŞ-la Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, İKT sektorunda əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qonaqlara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti, dövlət proqramları və həyata keçirilən genişmiqyaslı layihələr haqda məlumat verən nazir ölkədə qeydə alınan dinamik iqtisadi inkişaf fonunda İKT sektorunda da son illər yüksək nəticələrin əldə olunduğunu qeyd edib.

Azərbaycanın təşəbbüsü ilə region üçün də böyük əhəmiyyət kəsb edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə danışan Ə.Abbasov, 2009-cu ildə BMT-nin xüsusi qətnaməsi ilə yüksək qiymətləndirilən layihəyə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu bildirib.

Görüşdə ABŞ-ın «Microsoft», «Cisco», HP, «Intel» kimi şirkətlər ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, sözügedən şirkətlərlə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyi qeyd olunub.

Öz növbəsində C.Simitian Azərbaycanda qeydə alınan inkişaf dinamikasından xəbərdar olduqlarını bildirərək, İKT sahəsində əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinin vacibliyini qeyd edib. Eyni zamanda, o, Azərbaycanda həyata keçirilən işlərlə daha yaxından tanış olmaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR