Bank Of Baku

Göyçayda 5 kəndi birləşdirən 11 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilir

Göyçayda 5 kəndi  birləşdirən 11 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilir
# 27 sentyabr 2011 21:47 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun inşasına başlanılıb. APA-nın məlumatına görə 1900 nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən rayon icra hakimiyyətinə 2,5 milyon manat vəsait ayrılıb. Uzunluğu 11 kilometr, eni 6 metr olan avtomobil yolunun çəkilişinə “ATF-İnşaat” MMC-nin 15-ə yaxın ağır texnikası və 50-ə yaxın işçi qüvvəsi cəlb edilib. Beş kəndi bir-biri ilə və rayon mərkəzi ilə birləşdirən torpaq yolun yerində ilk dəfə olaraq asfalt yol çəkilir. Bu günədək yolun 3 kilometrlik hissəsində torpaq və çınqıl-daşla tarazlama və bərkitmə işləri görülüb, su arxlarının yolla kəsişdiyi yerlərdə suötürücülər quraşdırılıb və 1 kilometr əraziyə asfalt örtüyün ilk qatı döşənib. Yolun gələn ayın sonunadək istismara hazır olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR