Bank Of Baku

Azərbaycan Kişinyovda keçirilən «Genişzolaqlı xidmətlərə çıxış» adlı beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Kişinyovda keçirilən «Genişzolaqlı xidmətlərə çıxış» adlı beynəlxalq konfransda iştirak edəcək
# 28 sentyabr 2011 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il oktyabrın 4-6-da Kişinyovda (Moldova) Beynəlxalq Telekommunikasiya İttifaqının və Moldovanın Tənzimləyici qurumunun təşkilatçılığı ilə «Genişzolaqlı xidmətlərə çıxış» adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, konfransda Azərbaycanı nazirliyin tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov təmsil edəcək.

Eyni zamanda konfrans çərçivəsində Regional Rabitə Birliyinin rabitə sahəsində tənzimləyici qurumların fəaliyyətinin əlaqələndirmə komissiyasının 5-ci toplantısı da keçiriləcək.

Toplantıda komissiyanın üzvü Ə.Təmirovun «Azərbaycanda rabitə xidmətlərinin lisenziyalaşdırma təcrübəsi» mövzusunda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR