Bank Of Baku

Naxçıvanda taksi xidmətlərini yalnız «Lifan» avtomobilləri göstərəcək

Naxçıvanda taksi xidmətlərini yalnız «Lifan» avtomobilləri göstərəcək
# 28 sentyabr 2011 11:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Naxçıvan Avtomobil Zavodunun (NAZ) rəsmi nümayəndəsi Murad Feyzullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda NAZ-da taksi xidmətlərinin göstərilməsi üçün xüsusi «Lifan 620» modelləri istehsal olunur ki, artıq bunun 400 ədədi satılıb: «Hazırda Naxçıvan şəhərində taksilərin ümumi sayı 500-ə yaxındır. Biz ilin sonunadək taksi xidmətlərinin göstərilməsi üçün daha 100 ədəd «Lifan 620» modeli istehsal edib satmaq niyyətindəyik. Bununla da, Naxçıvan şəhərində taksilərin hamısı standart olacaq».

M.Feyzullayev onu da bildirib ki, indiyədək zavodda 650 ədəd «Lifan 620» modeli yığılıb və onlardan 250-si adi, 400-ü isə taksi xidmətləri üçün nəzərdə tutulub. Bu modelin NAZ-da istehsalına 2010-cu ilin iyul ayında başlanılıb.

Xatırladaq ki, «Lifan 620» modeli 3 variasiyada yığılır. Komplektasiyadan asılı olaraq modelin satış qiyməti 11,8 min manat, 12,2 min manat və 13,1 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR