Bank Of Baku

Azərbaycan təmsilçisi Regional Rabitə Birliyi Komissiyasının sədr müavini seçilib

Azərbaycan təmsilçisi Regional Rabitə Birliyi Komissiyasının sədr müavini seçilib
# 28 sentyabr 2011 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən həftə Saranskda (Rusiya) Regional Rabitə Birliyinin (RRB) radioelektron vasitələrinin elektromaqnit uzlaşması və peyk rabitəsi, TV və radioyayım üzrə komissiyalarının 31/37-ci birgə iclası keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda komissiyaların birləşdirilməsi və RRB-nin radiotezlik spektrinin istifadəsinin və peyk mövqelərin tənzimlənməsi üzrə Komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Bundan başqa, yeni komissiyanın tərkibi də formalaşdırılıb. Keçirilən səsvermənin yekunlarına əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baş məsləhətçisi Qulam Abdullayev komissiya sədrinin müavini seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR