Bank Of Baku

«Azərbaycan Dəmir Yolları» gələn həftə təsərrüfatlarına payız baxışına başlayır

«Azərbaycan Dəmir Yolları» gələn həftə təsərrüfatlarına payız baxışına başlayır
# 29 sentyabr 2011 07:05 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, cəmiyyətin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə başlayacaq kampaniyada təsərrüfatların və tikililərin saxlanılma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq: «Payız baxışı oktyabrın 2-də Böyük Kəsik stansiyasından başlayacaq, sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR