Bank Of Baku

«AZAL-Miles» proqramı müvəqqəti olaraq dayandırılır

«AZAL-Miles» proqramı müvəqqəti olaraq dayandırılır
# 29 sentyabr 2011 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) «AZAL-Miles» proqramını müvəqqəti olaraq dayandırır.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, «AZAL-Miles» proqramının yeni müasir «Horizon» («Loyatly plus») sisteminə keçidi ilə əlaqədar olaraq oktyabrın 1-dən oktyabrın 10-dək (daxil olmaqla), «AZAL-Miles» proqramı fəaliyyət göstərməyəcək. Nəticədə, bu müddət ərzində «mile-ballar» hesaba əlavə edilməyəcək, yeni kartlar sifariş olunmayacaq və mükafatlar təqdim edilməyəcək.

«Oktyabrın 10-dan sonra «AZAL-Miles» proqramı öz fəaliyyətini tam bərpa edəcək. Göstərilən müddət ərzində həyata keçirilmiş uçuşlara görə «mile-ballar» isə «AZAL-Miles» proqramının iştirakçılarının hesablarına avtomatik olaraq əlavə ediləcək», - deyə AZAL-lan bildirilib.

Qeyd edək ki, «AZAL-Miles» proqramı çərçivəsində sərnişin AZAL aviaşirkəti ilə uçduğu hər bir reysə görə öz şəxsi hesabına sərnişinin səyahətinin məsafəsinin cədvəlinə uyğun qaydada müvafiq olan müəyyən sayda bal köçürülür. Proqram iştirakçısı zəruri balları yığaraq pulsuz olaraq standart baqaj normasından 10 kq əlavə yükün aparılması, xidmət sinfinin «Y» sinfindən «A» biznes sinfinə pulsuz artırılması və aviaşirkətin təqdim etdiyi pulsuz aviabiletin əldə edilməsi imkanlarını qazanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR