Bank Of Baku

Azərbaycan dünyanın ən iri «Boeing» təyyarəsini alacaq

Azərbaycan dünyanın ən iri «Boeing» təyyarəsini alacaq
# 29 sentyabr 2011 12:45 (UTC +04:00)
«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, 2013-2014-cü illər ərzində Azərbaycana «Boeing-787 Dreamliner» sərnişin təyyarəsi gətiriləcək ki, bu təyyarə vasitəsilə AZAL uzaq məsafəli aviareysləri yerinə yetirə biləcək: «Təyyarənin alınmasına dair AZAL və «Boeing» Korporasiyası arasında müvafiq müqavilə imzalanıb. Qeyd edim ki, Azərbaycan MDB məkanında bu təyyarəni alan ilk ölkə olacaq».

Qeyd edək ki, sözügedən təyyarənin dünya miqyasında məhz sentyabrın sonunda ilk dəfə istismara buraxılması planlaşdırılır. Belə ki, ilk «Boeing-787 Dreamliner» təyyarəsi Tokionun (Yaponiya) Xaneda hava limanına gətirilərək istismara veriləcək.

Avialaynerin hava məkanında yanacağın sərfinə görə ən qənaətcil və sərnişinlər üçün ən komfort təyyarə olacağı gözlənilir. Təyyarənin istehsalına öncə planlaşdırılandan artıq 3 il vaxt və əlavə bir neçə milyard ABŞ dolları sərf olunub. Hazırda «Boenig» Korporasiyası «Dreamliner» təyyarəsinin istehsalı ilə bağlı 827 sifariş alıb. Korporasiya 2013-cü ilin sonuna ayda 10 ədəd «Dreamliner» təyyarəsinin istehsal edəcəyini planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR