Bank Of Baku

Azərbaycanda maşın və avadanlıqların istehsalı 6% artıb

Azərbaycanda maşın və avadanlıqların istehsalı 6% artıb
# 30 sentyabr 2011 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 103,7 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,1% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə maşın və avadanlıqların istehsalı 25,4% artıb, avtomobil istehsalında isə 1,3%-lik azalma qeydə alınıb: «Yanvar-avqust ayları ərzində 483 ədəd yük avtomobili, 252 ədəd «Lifan» markalı minik avtomobili istehsal edilib. Ötən ilin ilk səkkiz ayı ilə müqayisədə yük avtomobillərinin istehsalı 1,2% artıb, «Lifan» avtomobillərinin istehsalı isə 23,4% azalıb».

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə müəssisələrin anbarlarında 30,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 12,6%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR