Bank Of Baku

Azərbaycanın 13 rayon və şəhərində su-kanalizasiya şəbəkəsi yenidən qurulur

Azərbaycanın 13 rayon və şəhərində su-kanalizasiya şəbəkəsi yenidən qurulur
# 30 sentyabr 2011 10:30 (UTC +04:00)
Hacıqabul-İmişli. Əlibəy Zeynallı - APA. Hazırda Azərbaycanın 13 rayon və şəhərində su-kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi həyata keçirilir. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün ölkə əhalisinin təmiz su ilə təminatının yaxşılaşdırılması və su sistemlərinin yenidən qurulması üzrə ölkə prezidentinin göstərişinə uyğun olaraq Quba, Mingəçevir, Ucar, Zərdab, Qax, Kürdəmir, Biləsuvar, Lənkəran şəhərlərində dövlət büdcəsi hesabına su-kanalizasiya sistemlərinin yenidən qurulması həyata keçiriləcək: “Gəncə və Şəkidə beynəlxalq maliyyə qurumlarının və dövlət büdcəsinin vəsaitləri hesabına birgə maliyyələşən su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Eyni zamanda Qəbələ və Şamaxıda, ilin sonuna qədər Saatlı və Sabirabadda tenderlərin başa çatması gözlənilir. Xaçmaz, Qusar və Xızı rayonlarında ilin sonuna qədər işlərin başlanması nəzərdə tutulur. Bununla yanaşı, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə 8 rayonda, Ərazilərin Bərpası Agentliyinin sifarişi ilə isə 6 rayonda layihələr həyata keçirilir. Hətta kəndlər üzrə də su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr gerçəkləşdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR