Bank Of Baku

Türkiyənin inkişaf naziri: “Azərbaycanın inkişafı Türkiyənin inkişafıdır” - MÜSAHİBƏ

Türkiyənin inkişaf naziri: “Azərbaycanın inkişafı Türkiyənin inkişafıdır” - <font color=red>MÜSAHİBƏ</font>
# 30 sentyabr 2011 10:58 (UTC +04:00)

- Türkiyə təbii qazın 63%-ni Rusiyadan idxal edir. “Qazprom”un Avropa bazarında monopoliya yaratmasına qarşı Avropa İttifaqı müəyyən tədbirlərə əl atır. Artıq “Qazprom”un Almaniyadakı ofisində axtarış aparılıb. Türkiyə Rusiyadan enerji asılılığını azaltmaq və “Qazprom”dan aldığı təbii qazın qiymətini aşağı salmaq üçün Avropa İttifaqı ilə birlikdə hərəkət etməyi düşünürmü?

- Enerji bazarındakı ümumi siyasətimiz barədə deyə bilərəm ki, mümkün qədər yerli mənbələrə qayıtmaq, nüvə enerjisi istehsal etmək istəyirik. Biz əvvəlcədən enerjidaşıyıcılarını eyni mənbədən yox, müxtəlif mənbələrdən idxal etməyin tərəfdarıyıq. Bütün ölkələr buna üstünlük verir.

- Dövlət Planlaşdırma Təşkilatını İnkişaf Nazirliyinə çevirməyiniz Türkiyə üçün faydalı bir addım oldu. Çünki sürətlə inkişaf edən bir ölkə kimi Türkiyənin uzun müddətli proqramlara ehtiyacı vardır...

- Biz 12 illik inkişaf planı hazırladıq. Hədəfimiz 2023-cü ildir. Türkiyə artıq uzun müddətli plan və proqramlarla yoluna davam edəcəkdir. Uzun müddətli proqramlarımızı qısa və orta müddətli aksiyalar planlarına bağlayırıq. Heç bir ölkə, firma, şəxs plansız ola bilməz. Təbii ki, bizim addımlarımız keçmişdəki planlaşdırmalar kimi olmadığına görə onlarla qarışdırmamaq lazımdır. Bu, mərkəzi sovet planlaşdırması deyil. Bu, iştirakçı və strateji bir planlaşdırma olub, baxışlarımızı müəyyənləşdirən və bizə “yol xəritəsi” yaradan planlaşdırmadır. Buna hər ölkənin ehtiyacı vardır.

- Yeni yaradılan İnkişaf Nazirliyinin Azərbaycanla əməkdaşlıq perspektivləri barədə nə deyə bilərdiniz?

- Qardaş Azərbaycanla Türkiyə əslində çox tamamlayıcı iqtisadi sistemlərə malikdir. Sizdə önəmli mənbələr, yaxşı inkişaf prosesi var. Türkiyə də iqtisadiyyatı daim böyüyən bir ölkədir. Bizim mənafelərimiz müştərəkdir. Dilimiz, dinimiz, mədəniyyətimiz ortaq olduğu kimi, mənafelərimiz də ortaq olmalıdır. Ona görə iqtisadi sahədə də münasibətlərimizi yüksək səviyyəyə çıxarmağımız lazımdır. İqtisadi münasibətlərimiz hər gün yaxşılaşır və daha yaxşı nöqtələrə çatacaq. Azərbaycanın böyüməsi - Türkiyənin böyüməsi, Türkiyənin böyüməsi - Azərbaycanın böyüməsi deməkdir. Bir-birini dəstəkləyən iqtisadiyyatlarımız vardır. Bunu gündən-günə daha da inkişaf etdirməyimiz lazımdır. Görürsünüz ki, inkişaf etmiş ölkələrin bazarlarında durğunluq var. Oralarda tez-tez sıxıntılar yaşanır. Əslində bu vəziyyət qonşu ölkələrlə münasibətləri daha önəmli hala gətirir. İstehsalın mərkəzi getdikcə Şərqə - Çinə, Hindistana doğru gedir. Bu ortamda Türkiyə ilə Azərbaycan iki qardaş ölkə kimi çox işlər görə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR