Bank Of Baku

«Flydubai» Rusiyanın Kazan və Ufa şəhərlərinə uçuşlara başlayıb

«Flydubai» Rusiyanın Kazan və Ufa şəhərlərinə uçuşlara başlayıb
# 30 sentyabr 2011 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti marşrut şəbəkəsinin əhatəsini genişləndirir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Flydubai» Rusiyanın Kazan və Ufa şəhərlərinə hava yolu açaraq, bu ölkə üzrə marşrut xəttini ikiqat artırıb.

«Bu yaxınlarda «Flydubai» Kiyev, Xarkov, Donetsk şəhərlərinə hava yolları açıb. Hazırda aviaşirkət MDB istiqamətində (Azərbaycan, Ermənistan, Türkmənistan daxil olmaqla) 10 marşruta üzrə uçuşlar yerinə yetirir», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Dubaydan Kazan və ya Ufa marşrutu üzrə biletlərin minimal qiyməti 350 ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR