Bank Of Baku

Azərbaycan «Boeing-737» təyyarələrinin alınmasından imtina edib

Azərbaycan «Boeing-737» təyyarələrinin alınmasından imtina edib
# 30 sentyabr 2011 12:42 (UTC +04:00)
AZAL-ın vitse-prezidenti İlham Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda Azərbaycanın aviaparkında yeni «Boeing-737» tipli təyyarələrə ehtiyac yoxdur: «Bizim aviaparkda 10 ədəd «Airbus 320» avialayneri mövcuddur ki, bu tipli təyyarə «Boeing-737» təyyarəsi ilə oxşardır. Məntiqi olaraq yeni «Boeing-737»lərə ehtiyac yoxdur».

Xatırladaq ki, Almaniyanın «Airbus» şirkəti və ABŞ-ın «Boeing» Korporasiyası hazırda dünyanın ən aparıcı təyyarə istehsalçılarıdır. Şirkətlər arasında təyyarələrin istehsalı və satışı üzrə uzun müddətdir güclü rəqabət aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR