Bank Of Baku

Azərbaycanda dövlət orqanlarında göstəriləcək elektron xidmətlərin siyahısı Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanda dövlət orqanlarında göstəriləcək elektron xidmətlərin siyahısı Nazirlər Kabinetinə təqdim olunub
# 30 sentyabr 2011 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət başçısı tərəfindən imzalanmış «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanın icrasının təmin edilməsi ilə bağlı konkret tədbirlər müəyyənləşdirib və ayrı-ayrı dövlət orqanları tərəfindən bu istiqamətdə görülən işlərin əlaqələndirilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən tədbirlər planına uyğun olaraq, ilk növbədə mərkəzi icra hakimiyyəti orqanlarında İKT-nin tətbiqi ilə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi fəaliyyətinin tənzimlənməsi məqsədilə «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Nümunəvi inzibati reqlament»in layihələri hazırlanıb.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan təkliflərin beynəlxalq təcrübəyə uyğun təhlili əsasında onlar tərəfindən konkret sahələr üzrə göstəriləcək elektron xidmət növləri müəyyən edilib.

Bu sənədlər aidiyyəti üzrə razılaşdırılaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd edək ki, sözügedən fərmanın icrası çərçivəsində Nazirlik tərəfindən bir sıra işlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR