Bank Of Baku

Azərbaycanda əhaliyə «e-imza»lar güzəştli qiymətlə satılacaq

Azərbaycanda əhaliyə «e-imza»lar güzəştli qiymətlə satılacaq
# 30 sentyabr 2011 14:27 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq MSXM-in yaradılması başa çatdırılıb və «e-imza»nın tətbiqinə başlanılıb.

Elektron xidmətlərin «e-imza»nın tətbiqi ilə həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunub. Hüquqi və fiziki şəxslərə «e-imza» xidmətlərinin ölkənin poçt şöbələrində yaradılan qeydiyyat mərkəzlərində göstərilməsi nəzərdə tutulur.

«E-imza»dan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən olunub və iqtisadi cəhətdən əsaslandırılıb ki, əhali üçün güzəştli qiymətlər tətbiq edilib.

Qeyd edək ki, fiziki şəxslər «e-imza»dan istifadə etmək üçün poçt şöbələrinin filiallarına müraciət etməli, müvafiq kart və avadanlığı əldə etməlidir. İlkin olaraq «e-imza» üçün fiziki şəxslərin 1 il üçün 14 manat (ƏDV daxil), növbəti il üçün 8 manat, 3-cü il üçünsə bundan da ucuz məbləğin ödəməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR