Bank Of Baku

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edilib

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edilib
# 30 sentyabr 2011 15:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Milli Məclisi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edib. “APA-Economics”in xəbərinə görə, dəyişikliklər parlamentin plenar iclasında təsdiqlənib.

Qanun layihəsini təqdim edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, dəyişikliyə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə qeydiyyat orqanının hesabına köçürülür.

Z.Səmədzadənin sözlərinə görə, qanuna edilən dəyişikliklər nəticəsində həmin işçilərin vəzifə maaşlarına 200-250 manat əlavə olunacaq. Bu da onların maaşlarının artması deməkdir.

Sonda qanuna dəyişikliklər qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR