Bank Of Baku

Böyük Britaniyada keçirilən hərracda birhərfli domen ünvanları 60 min dollara satılıb

Böyük Britaniyada keçirilən hərracda birhərfli domen ünvanları 60 min dollara satılıb
# 03 oktyabr 2011 09:55 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyada qısa domen ünvanlarının satışı üzrə hərrac keçirilib. “APA-Economics”in “Telegraph”a istinadən xəbərinə görə, hərracda birhərfli domen ünvanları orta hesabla 60 min dollara satılıb.

Hərracın təşkilatçısı olan “Nominet” şirkəti bir sıra Britaniya ünvanlarını satışa çıxarıb ki, onlardan da 12-si birhərfli olub.

Eyniadlı sosial şəbəkəyə malik “Facebook” şirkəti fb.co.uk domenini, “Mercedez Benz” avtokonserni mb.co.uk domenini, “H&M” pərakəndə paltar satışı şəbəkəsi isə hm.co.uk domenini satın alıb. “Google” korporasiyası hərracda iştirak etsə də, g.co.uk ünvanını başqa internet şirkəti alıb.

Hərrac iştirakçılardan biri 170 ünvan alaraq, buna 700 min dollar xərcləyib. Bəzi alıcılar hərracda aldıqları yaddaqalan domenləri sonradan satmaq məqsədilə iştirak ediblər.

Qeyd edək ki, hərracdan əldə olunan 5 mln. dollar internetə çıxışın təhlükəsizliyi ilə məşğul olan “Nominet Trust” xeyriyyə fondunun hesabına keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR