Bank Of Baku

«Aeroflot» aviaşirkəti Azərbaycana yeni aviareys açmaq niyyətindədir

«Aeroflot» aviaşirkəti Azərbaycana yeni aviareys açmaq niyyətindədir
# 03 oktyabr 2011 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Aeroflot» aviaşirkəti Moskva-Zaqatala marşrutu üzrə birbaşa aviareys açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov məlumat verib.

Onun sözlərinə görə, hazırda beynəlxalq statusa malik olan Zaqatala hava limanından heç bir beynəlxalq aviareyslər yerinə yetirilmir: «Buna baxmayaraq, Rusiyanın «Aeroflot» şirkəti Moskva-Zaqatala birbaşa sərnişin aviareyslərini təşkil etmək niyyətindədir. Hazırda bu məsələyə dair danışıqlar aparılır».

Qeyd edək ki, hazırda Azərbaycanda 5 beynəlxalq hava limanı fəaliyyət göstərir. Zaqatala hava limanından başqa bütün aeroportlardan (Bakı, Naxçıvan, Gəncə, Lənkəran şəhərləri) beynəlxalq aviareyslər yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR