Bank Of Baku

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyatdan keçməyən 823 REV aşkarlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda  qeydiyyatdan keçməyən 823 REV aşkarlanıb
# 03 oktyabr 2011 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 617 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 823 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 329 ədədi möhürlənib, 275 ədədi qeydiyyata salınıb, 192 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 88 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR