Bank Of Baku

Son iki ildə Azərbaycanda müsabiqə və hərrac yolu ilə 5 minədək torpaq sahəsi satılıb

Son iki ildə Azərbaycanda müsabiqə və hərrac yolu ilə 5 minədək torpaq sahəsi satılıb
# 04 oktyabr 2011 08:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda 2009-cu ildən indiyə qədər 5 000-ə yaxın torpaq sahəsinin satışı üzrə müsabiqə və hərrac keçirilib. APA-nın xəbərinə görə, bu barədə YAP-ın rəsmi veb-saytına müsahibəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Q.Məmmədov Komitə tərəfindən torpaq müsabiqə və hərrac keçirilərkən şəffaflığın təmin edilməsi məqsədilə komissiyaların 2 nəfər Komitə əməkdaşlarından, qalan 3 nəfər isə ictimaiyyət, bələdiyyə assosiasiyalarından və yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət olaraq 5 nəfərlik tərkibdə yaradıldığını deyib.

Q.Məmmədov həmçinin bildirib ki, ötən iki il müddətində müsabiqə və hərraclarla bağlı vətəndaşlar tərəfindən yalnız 2 müraciət daxil olub: «Onlar da araşdırma zamanı öz təsdiqini tapmayıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR