Bank Of Baku

Səttar Mehbalıyev: «İşçilərin xəsarət alması hallarının 65%-i tikinti sektorunda baş verir»

Səttar Mehbalıyev: «İşçilərin xəsarət alması hallarının 65%-i tikinti sektorunda baş verir»
# 04 oktyabr 2011 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, həmin iş adamları təhlükəsizlik qaydalarını bilmədiklərinə görə tikintidə iş şəraitini normal qurmur və işçini düzgün təlimatlandırmır: «İşçi təhlükəsizlik kəmərləri və dəbilqələrlə təmin edilmir. Nəticədə, iş yerində ölüm və zədələnmə halları baş verir. Ümumiyyətlə, işçinin xəsarət alması ilə nəticələnən halların 60-65%-i tikinti sahəsində baş verir. Hələ bu, düzgün və dolğun məlumat deyil. Çünki işəgötürənlər işçi və baş verən hadisə ilə bağlı bəzi məlumatları gizlədirlər. Qeyri-rəsmi şəkildə işçi ilə əlaqə yaradır, onlara sosial təminatları ilə bağlı problemlərini həll edəcəklərinə söz verirlər. İnsanlar da hüquqlarını bilmədiklərinə görə inanırlar. Bu adamlar sonradan əmək əlillərinə çevrilir və sonradan öz hüquqlarını tələb edə bilmirlər».

S.Mehbalıyev qeyd edib ki, Konfederasiya hazırda belə müəssisələrdə həmkarlar təşkilatlarının yaradılmasına çalışır: «Həmkarlar təşkilatları olan yerdə xəsarət və ölüm halları, bədbəxt hadisələrin sayı qat-qat aşağıdır. Çünki həmkarlar təşkilatı olan müəssisələrdə işçinin hüquqlarını özündə əks etdirən kollektiv müqavilələr bağlanılır. Bu da neqativ hadisələrin sayının azalmasına səbəb olur».

Konfederasiya sədri işçilərlə müəssisə arasında «Baş Kollektiv Saziş» adlı sənədin imzalanmasının əhəmiyyətini də vurğulayıb: «Bu sazişlərin bağlanması işçinin sosial vəziyyətinin yaxşılaşmasına və normal məvacib almasına xidmət edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR