Bank Of Baku

Azərbaycanda iki yeraltı piyada keçidi açılıb

Azərbaycanda iki yeraltı piyada keçidi açılıb
# 04 oktyabr 2011 10:38 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, dövlət başçısına məlumat verilib ki, müasir standartlara cavab verən keçidin uzunluğu 44,14 metr, eni 6, hündürlüyü isə 3 metrdir.

Prezident yeraltı piyada keçidini gəzib.

Bildirilib ki, keçidin inşası ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, avtomobillərin fasiləsiz hərəkətinə də imkan verəcək.

Daha sonra prezident İ. Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak edib.

Məlumat verilib ki, keçidin uzunluğu 48,1 metr, eni 6, hündürlüyü isə 3 metrdir.

Keçidin inşasında əsas məqsəd sakinlərin və yaxınlıqda yerləşən orta məktəbdə təhsil alan şagirdlərin təhlükəsizliyini, eləcə də avtomobillərin fasiləsiz hərəkətini təmin etməkdir.

Prezident yeraltı piyada keçidini gəzib.

Bildirilib ki, tikintisinə bu ilin mayında başlanılan keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, nasosxana tikilib.

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR