Bank Of Baku

Bakıda «Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu» mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda «Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu» mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 04 oktyabr 2011 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 24-25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı «Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyanın rolu» mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçiriləcək.

AMEA-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirin əsas məqsədi innovasiyaların informasiya təminatının metodologiya və praktikası sahəsində təcrübə mübadiləsi, elektron informasiya resurslarının inkişafı, istifadəsi yolları və onların innovasiya sahəsində rolu, innovasiya infrastrukturunun yaradılması və inkişafı məqsədi ilə innovasiya fəaliyyətinin əsas istiqamətləri, ölkənin sosial-iqtisadi inkişafının əsas amili kimi innovasiya biznesinin inkişafı, elm və innovasiya texnologiyalarının inkişafında beynəlxalq inteqrasiya potensialının və qloballaşmanın rolu, innovasiya layihələri və onların ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında rolu, Azərbaycanın sahibkarlıq sektorunun innovasiya işləmələrinə cəlb edilməsinin üsul və yolları, ölkə iqtisadiyyatının inkişafında innovasiya proseslərinin əsas mərhələlərinin müəyyən edilməsi və innovasiya texnologiyalarının təbii inhisarlar sahəsinə tətbiqidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR