Bank Of Baku

Azərbaycan prezidenti üç səviyyəli yol qovşağının açılışında iştirak edib

Azərbaycan prezidenti üç səviyyəli yol qovşağının açılışında iştirak edib
# 04 oktyabr 2011 11:38 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, prezidentə qovşağın texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, dörd aşırımlı körpünün uzunluğu 220 metr, eni 23, 5 metrdir. Dörd hərəkət zolağı olan körpünün svaylarının uzunluğu 13-16 metr, diametri 1200 millimetrdir. Körpünün ən böyük aşırımının uzunluğu 75 metr, nəzərə alınan seysmik davamlılığı 9 baldır.

Prezidentə qovşağın körpü trosunun texniki göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, 30 metr uzunluğu olan tros Fransa istehsalıdır.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, qovşağın tunel hissəsi 15 aya inşa edilib. Tunelin ümumi uzunluğu 400 metr, qapalı hissəsinin uzunluğu isə 55 metrdir. Müasir drenaj sistemi qurulan qovşağın yağış suları hovuzunun tutumu 530 kubmetrdir.

Prezident yol qovşağının rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edilib ki, qovşağın ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb. Qovşaq Heydər Əliyev Beynəlxalq Aeroportundan Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələri istiqamətində nəqliyyatın sərbəst hərəkətini təmin edəcək.

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR