Bank Of Baku

“AvtoVAZ” satış həcmini 20% artırıb

“AvtoVAZ” satış həcmini 20% artırıb
# 04 oktyabr 2011 12:38 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “AvtoVAZ” şirkəti bu ilin üç rübü ərzində satış həcmini 19,8% artıraraq 443,9 min avtomobil satmağa müvəffəq olub.

APA-Economics”in xəbərinə görə, satış liderliyi “Lada Kalina” modelinə məxsus olub. Onun satışı 1,5 dəfə artaraq 110 min ədədə çatıb.

İkinci yerdə 20%-lik artımla (108 min) “Lada Priora” gəlir. Hesabat dövründə 85 656 ədəd “Lada-Samara” (+11,1%) və 44 707 ədəd “Lada 4x4” (+47%) satılıb.

Klassik “VAZ-2105” və “VAZ-2107” modellərinin satışı 74,1 min olub. Bu modellərin satışı ilin əvvəlindən 25% azalıb. Səbəb onların istehsalının tədricən dayandırılması ilə bağlı şirkətin planlarıdır.

Doqquz ay ərzində xaricə 37 723 ədəd “Lada” göndərilib. Sentyabr ayında Rusiyada 50 918 avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur. Ötən ay xaricə göndərilən “Lada”ların sayı 5059 olub.

Xatırladaq ki, “AvtoVAZ” şirkəti 1993-cü ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın “Renault” şirkətidir. “AvtoVAZ”ın səhmlərinin 25%-i “Renault”a məxsusdur. Hazırda şirkət “Lada Priora”, “Kalina”, “Samara”, eləcə də “klassik” modellər (o cümlədən “VAZ-2107”) buraxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR