Bank Of Baku

Azərbaycan və Rusiya Samur çayı üzərində körpünün inşasına dair görüş keçirəcək - YENİLƏNİB

Azərbaycan və Rusiya Samur çayı üzərində körpünün inşasına dair görüş keçirəcək - <font color=red>YENİLƏNİB</font>
# 04 oktyabr 2011 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Rusiya hökumətləri arasında Samur çayı üzərində avtomobil körpüsünün inşası layihəsi ilə bağlı görüş keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Rusiyanın regional inkişaf nazirinin müavini Sergey Vereşşagin bildirib.

Onun sözlərinə görə, görüşdə layihə ilə bağlı bir sıra məsələlərin, o cümlədən tikintinin maliyyələşdirilməsi məsələsinin müzakirəsi gözlənilir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov isə jurnalistlərə açıqlamasında Samur çayı üzərində avtomobil körpüsünün inşası məsələsinin ciddiləşdiyini və real müstəviyə keçdiyini bildirib: “Hazırda bu istiqamətdə danışıqlar aparılır”.

Xatırladaq ki, ilkin razılaşmaya görə, layihənin 50/50-yə prinsipi əsasında həyata keçirilməsi planlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR