Şəmkir, Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su-kanalizasiya sistemləri yenidən qurulur - YENİLƏNİB
Adıçəkilən 4 şəhərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən Q.Hüseynov 2013-cü ilin əvvəlinə Şəmkir, Mingəçevir, Zərdab və Kürdəmir sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlər 2013-cü ilin əvvəlinə başa çatdırılacaq.
“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 45,7 min (mövcud 37,5 min) nəfər üçün hesablanıb. Şəmkir şəhərinin özüaxımlı fasiləsiz rejimdə su təchizatının aparılması üçün yeni tikilən Şəmkirçay su anbarından və yerli kəhrizlərdən istifadə olunması layihədə əsas hədəf kimi nəzərdə tutulub. Suyun özüaxımlı rejimdə verilməsi üçün relyefcə yüksək olan nöqtələrdə ümumi həcmi 7200 kubmetr olan 4 ədəd su anbarı inşa olunacaq. Şəhərdə ümumi uzunluğu 195 km müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 190 km kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Çirkab sular şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
“Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 120,5 min (mövcud 99 min nəfər) nəfər üçün hesablanıb. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədəd yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq. Layihə çərçivəsində şəhərin özüaxımlı rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində su anbarı, ümumi uzunluğu 250 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün ümumi uzunluğu 223 km-ə qədər kanalizasiya şəbəkəsi inşa olunacaq, 3 ədəd kanalizasiya nasos stansiyası tikiləcək. Yaranacaq çirkab sular toplanaraq tikiləcək məhsuldarlığı sutkada 25 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
“Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 13,5 (mövcud 11 min nəfər) nəfər üçün hesablanıb. Əhalini su ilə təmin etmək üçün Ağsu rayonunun Güllülü su mənbəyindən istifadə olunması nəzərdə tutulur. Suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 70 km-ə qədər magistral xəttin tikintisi planlaşdırılır. Bu mənbədən istifadə şəhərə özüaxımlı rejimdə suyun verilməsini, həmçinin paylanmasına imkan verəcəkdir. Eyni zamanda magistral kəmər vasitəsilə yolboyu yerləşən bir sıra kəndlərin də təmiz su ilə təchizatına imkan verəcək. Layihə çərçivəsində 1 ədəd 2000 kubmetr həcmində su anbarının və ümumi uzunluğu 60 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Yaranacaq çirkab suların toplanaraq nəqli üçün ümumi uzunluğu 55 km-ə qədər kanalizasiya şəbəkəsi və 7 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 5 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
“Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 22,3 (mövcud 18,4 min nəfər) nəfər üçün hesablanıb. Əhalini su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Güllülü su mənbəyindən istifadə olunacaq. Bu məqsədlə sugötürücü drenaj qurğusunun inşası və suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 32 km-ə yaxın magistral xəttin tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 1 ədəd 7500 kubmetr həcmində su anbarının və ümumi uzunluğu 190 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Yaranacaq çirkab suların toplanaraq nəqli üçün ümumi uzunluğu 175 km-ə qədər kanalizasiya şəbəkəsi və 4 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 6 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
İnfrastruktur
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Xəbər Lenti
Si Cinpin sentyabrın 24-də ABŞ-a səfər edəcək
Tramp yenidən prezident olmaq istədiyini bildirib
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
İrana aid neft tankeri ABŞ-ın mühasirəsini yarıb
AL: “Qarabağ” ÇSKA ilə heç-heçə edib
Sabah Banqladeş prezidentinin istefa verəcəyi gözlənilir
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub