Bank Of Baku

Azərbaycan paytaxtında Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrda istifadəyə veriləcək

Azərbaycan paytaxtında Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrda istifadəyə veriləcək
# 04 oktyabr 2011 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin artıq 2011-ci ilin dekabr ayında istifadəyə verilməsi planlaşdırılır. “APA-ECONOMICS”in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Z.Məmmədov həmçinin layihənin həyta keçirilməsi üçün tələb olunan vəsaitin çatışmazlığı ilə bağlı məsələyə də münasibət bildirib və artıq bu məsələnin həll olunduğunu vurğulayıb.

Qeyd edək ki, artıq bu gün dövlət başçısı İlham Əliyev yeni yaradılan sistemin Mərkəzində olub. Prezidentə məlumat verilib ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kv. metr olan monitor vasitəsilə idarə ediləcək. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub.

Həmçinin bildirilib ki, Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi mərkəzdə aparılacaq.

Dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.

Qeyd edək ki, Mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR