Bank Of Baku

Azərbaycan prezidenti Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5 milyon manat ayırıb

Azərbaycan prezidenti Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5 milyon manat ayırıb
# 04 oktyabr 2011 16:54 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, Quba rayonunun qədim tarixi-mədəni və etnoqrafik irsinin qorunub saxlanılması, onun müasir şəhərsalma, istirahət, turizm infrastrukturunun yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR