Bank Of Baku

Azərbaycan elektron məhsulların istehsalını 63% artırıb

Azərbaycan elektron məhsulların istehsalını 63% artırıb
# 05 oktyabr 2011 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 100,3 mln. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən məhsulların istehsalı ötən ilin analoji dövrünə nisbətən 62,6% artıb.

«Hesabat dövründə elektrik avadanlıqlarının istehsalında 12,3% artım müşahidə olunub, o cümlədən əsas məhsullardan güc transformatorlarının istehsalı 30,1%, televizorlar 2,1 dəfə, məişət soyuducuları 4,5% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 2011-ci il sentyabrın 1-nə müəssisələrin anbarlarında 14,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,1%-i qədər hazır məhsul ehtiyatı olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 44,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR