Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Türkiyədə səfərdədir

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Türkiyədə səfərdədir
# 05 oktyabr 2011 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti «CeBİT Bilisim Eurasia 2011» - beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün İstanbula (Türkiyə) yola düşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və aparıcı şirkətlərin nümayəndələrindən ibarət Azərbaycan heyətinin iştirak etdiyi sərgidə Azərbaycan ayrıca milli pavilyonla təmsil olunur.

Oktyabrın 6-9-da keçiriləcək sərgidə ölkənin İKT sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan həmçinin builki sərgi və konfransın rəsmi tərəfdaş ölkəsi qismində çıxış edir. Sərgi çərçivəsində müxtəlif forum və konfranslar təşkil olunacaq. Nazir Ə.Abbasovun konfransda çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Xatırladaq ki, «CeBİT Bilisim Eurasia» regionun ən iri İKT sərgisidir. Azərbaycan artıq bir neçə ildir bu sərgiyə qatılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR