Bank Of Baku

Neftçala rabitəsi Salyan istiqamətində TAE xəttinə birləşdirilir

Neftçala rabitəsi Salyan istiqamətində TAE xəttinə birləşdirilir
# 05 oktyabr 2011 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan «Trans Asia-Europa» (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsinə dair işlərini davam etdirir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Neftçala rabitəsinin Salyan istiqamətində TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub ki, artıq işlərin bir qismi həyata keçirilib.

Bu layihənin həyata keçirilməsi ilə Salyandan Neftçala istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da əhalinin daha sürətli və keyfiyyətli rabitə xidmətindən istifadə etməyə imkan verəcək.

Qeyd edək ki, TAE-nin reallaşdırılması üçün 1999-cu il oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel 2001-ci ildə başa çatdırılıb (Azərbaycan seqmentinin quru hissəsi) və elə həmin il də Bakı ilə Tiflis arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

Xatırladaq ki, TAE magistralı Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR