Bank Of Baku

Azərbaycanın daha bir internet-provayderi tarifləri endirib

Azərbaycanın daha bir internet-provayderi tarifləri endirib
# 05 oktyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «UniNet» internet-provayderi («Stream» ticarət nişanı) internet şəbəkəsinə qoşulmaq üçün qiymətləri endirib.

Provayderdən «APA-Economics»ə verilən məlumata görə, qoşulma sürətinin və «Freedom», «Extream», «Maxima» paketlərində əvvəlcədən ödənilən genişzolaqlı ADSL trafikinin artırılması nəzərdə tutulur.

Şirkət həmçinin «NEO» tarif paketini və digər bütün əvvəlki trafik paketlərinin («Maxima» tarif paketindən başqa) aradan qaldırıldığını elan edib. Bu paketlər üzrə bütün abonentlər sürətləri saxlamaq şərti ilə uyğun qiymətlə limitsiz («Freedom» kateqoriyasına) tarifə keçirilib.

Qeyd edək ki, hazırda «AlfaNet», «AzStarNet», «SmartSystems», «Ultel», «Avirtel», həmçinin dövlət provayderləri olan «AzTelekomNet» və «BakinterNet» internet şəbəkəsinə çıxışın qiymətlərini ucuzlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR