Bank Of Baku

Gürcüstan bazarında ən çox «Opel» avtomobilləri satılır

Gürcüstan bazarında ən çox «Opel» avtomobilləri  satılır
# 06 oktyabr 2011 09:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Almaniya istehsalı olan «Opel» avtomobilləri Gürcüstanın maşın bazarında ən çox satılan avtomobil sayılır. Satışın həcminə görə sonrakı yerləri müvafiq olaraq «Mercedes» və «Volkswagen» markaları tutur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, keçən il Gürcüstanda 202 adda avtomobil qeydiyyatdan keçib. Belə ki, 2010-cu ildə qeydiyyata alınmış avtomaşınlar sırasında «Opel» markalı 74 025 ədəd, «Mercedes» - 59 701 ədəd, «Volkswagen» - 38 061 ədəd, BMW - 32 718 ədəd, «Ford» - 26 733 ədəd, «Toyota» - 17 588 ədəd olub. Bununla yanaşı, hazırda Gürcüstana 20 307 ədəd «Moskviç» avtomobili qeydiyyatdadır.

Aparılan araşdırmalara görə, qadınlar əsasən ucuz avtomobillər almağı xoşlayır. «İberiya Biznes Qrup»un məlumatına əsasən, «Volkswagen Tiguan» modeli qadınlar arasında ən populyar avtomobildir. İşgüzar qadınlar isə daha çox «Audi Q5» markalı maşına üstünlük verirlər. Bu il qadınlar Gürcüstanın maşın bazarında keçən ilə nisbətən 35% çox «Volkswagen» avtomobili alıblar. «Audi»lərin satışı isə keçən ilə nisbətən 20% artıb.

Azərbaycandan Gürcüstanın avtomobil bazarına gələn alıcılar isə daha çox «Mercedes»lərə üstünlük verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR