Bank Of Baku

Azərbaycanda əmlak idarəçiliyində vahid kadastr və milli məkan məlumatları infrastrukturunun rolu mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycanda əmlak idarəçiliyində vahid kadastr və milli məkan məlumatları infrastrukturunun rolu mövzusunda beynəlxalq konfrans keçirilir
# 06 oktyabr 2011 09:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi konfransda Azərbaycanda bu sahədə görülmüş işlər, xarici ölkələrdə aparıcı təcrübə barədə çıxışlar və müzakirələr nəzərdə tutulur.

Konfransda çıxış edən Komitənin sədri Kərəm Həsənov ilk növbədə Azərbaycanda son illərdə və müstəqilliyin bərpasından sonrakı dövrdə iqtisadi inkişaf, iqtisadi və sosial sahələrdə islahatlar, qeyri-neft sektorunda sürətli inkişaf, infrastrukturun müasirləşməsi və xüsusi ilə ölkədə əmlak münasibətlərinin bazar iqtisadiyyatına uyğun dəyişməsi proseslərindən məlumat verib. O bildirib ki, bütün bu dəyişikliklər Komitə və hökumət qarşısında əmlak münasibətlərinin müasir tənzimləmə sisteminin qurulması sahəsində yeni vəzifələr qoyub. K.Həsənovun sözlərinə görə, Komitə tərəfindən və beynəlxalq qurumların maliyyə və texniki dəstəyi ilə daşınmaz əmlakın qeydiyyatı sistemi və kadastrının yaradılması, daşınmaz əmlak reyestrinin formalaşması kimi layihələr reallaşdırılıb və Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması layihəsi hazırda icra olunur.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov da ölkənin iqtisadi inkişafından danışıb və daşınmaz əmlak sahəsində müasir tənzimləmə, qeydiyyat və şəffaflığın təmin edilməsi sisteminin yaradılmasının vacibliyini vurğulayıb. O bəyan edib ki, son illərdə Azərbaycan dünyanın ən sürətli artan inkişafda olan iqtisadiyyatların sırasındadır və bu şəraitdə əmlak münasibətləri sahəsində müasirləşmə işlərinin həyata keçirməsi və davam etdirilməsi çox vacibdir.

Tədbirdə həmçinin rabitə və informasiya texnologiyaları nazir müavini Elmir Vəlizadə çıxış edib. Öz çıxışında o əsasən Azərbaycanda elektron hökumətin yaradılması üzrə görülən işlər barədə məruzə edib və daşınmaz əmlak sahəsində elektron reyestr və informasiya bazasının yaradılmasını bu işlərin tərkib hissəsi kimi təqdim edib.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR