Bank Of Baku

Dünyanın ən etibarlı aviaşirkəti 110 “Airbus” təyyarəsi sifariş edib

Dünyanın ən etibarlı aviaşirkəti 110 “Airbus” təyyarəsi sifariş edib
# 06 oktyabr 2011 12:52 (UTC +04:00)
Bakı - APA-Economics. Avstraliyanın ən böyük aviaşirkəti olan “Qantas” Avropanın “Airbus” aviatikinti konserni ilə 110 sərnişin təyyarəsinin alqı-satqısına dair müqavilə imzalayıb.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, müqavilənin dəyəri 9,5 mlrd. dollardır. “Qantas” 78 “A320neo” və 32 “A320” təyyarəsi sifariş edib.

Bu, eyni zamanda Avstraliya tarixində ən böyük avialayner alqı-satqısıdır. “Qantas” çoxlu sayda təyyarə almasını Asiyada aviadaşıma ilə məşğul olmaq niyyəti ilə izah edib.

Qeyd edək ki, “Qantas” (Queensland And Northern Territory Aerial Services) dünyanın ən etibarlı aviaşirkəti sayılır. Belə ki, bu şirkətin təyyarələri 1951-ci ildən bəri qəzaya uğramır. Şirkətin 142 təyyarəsinin hamısı ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR