Bank Of Baku

Azərbaycan gələn ildən avtomat sürət qutulu avtomobillərin istehsalına başlayır

Azərbaycan gələn ildən avtomat sürət qutulu avtomobillərin istehsalına başlayır
# 07 oktyabr 2011 07:48 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə zavodun rəsmi nümayəndəsi Murad Feyzullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda zavodda «Lifan 320», «Lifan 520» və «Lifan 620» avtomobil modelləri yığılır. Gələn ilin I rübündən etibarən NAZ-da «Lifan SUV» krossoverlərinin istehsalına başlanacaq: «Hazırda müəssisədə yığılan bütün avtomobillərin sürət ötürmə qutusu mexanikidir. Lakin yaxın gələcəkdə zavodda yığılacaq bütün avtomobillər avtomatlaşdırılmış sürət ötürücü qutusu ilə təchiz olunacaq».

Qeyd edək ki, NAZ 2010-cu ildən fəaliyyət göstərir. Müəssisə ilə Çinin «Lifan» Avtomobil Korporasiyası arasında 2009-cu ildə imzalanan əməkdaşlıq sazişi çərçivəsində zavodda «Lifan» avtomobil modelləri istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR